COVID-19 xəstələri müavinəti necə ala bilərlər? - DSMF-DƏN AÇIQLAMA
“Azərbaycanda koronavirus infeksiyası ümumi xəstəlik kimi qəbul olunduğu üçün virusa yoluxan şəxslərə özünütəcrid dövründə bülleten təqdim etdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilir”.
Eləcə də oxu: Evdə müalicə alan COVID-19 xəstələrinə müavinət ödənilir - DSMF
ENA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev deyib.
O bildirib ki, ilk 14 gün ərzində müavinət siğortaedən tərəfindən, 14 gündən çox olduqda isə yerdə qalan vəsait məcburi dövlət sosial siğortası hesabına ödənilir.
Eləcə də oxu: Bakıda COVID-19-un ən geniş yayıldığı rayonun adı açıqlanıb