ENA+

Çindən Üçüncü Dünya müharibəsi barədə XƏBƏRDARLIQ

ABŞ və Tayvanın hərəkətləri səbəbindən Üçüncü Dünya müharibəsi “hər an” başlaya bilər.

ENA.az xəbər verir ki, bu barədə ÇXR-in dəstəklədiyi “Global Times” yazır. Verilən məlumata görə, oktyabrln 5-i Çin ada ölkəsinin hava sahəsinbə onlarla hərbi təyyarə göndərib.

Qəzet jurnalistlərinin fikrincə, Vaşinqtonla Tayvan arasındakı “sui-qəsd” həqiqətən “cəsarətli” olub. İndi situasiya praktiki olaraq “qarşıdurmanın astanasında tarazlaşaraq manevr üçün bütün imkanları” itirib. Eyni zamanda məqalədə Çin xalqının ABŞ-la genişmiqyaslı müharibəyə dəstək verməyə hazır olduğu bildirilir.

Daha əvvəl verilən məlumata görə, İngiltərənin “HMS Queen Elizabeth” gəmisi Filippində iki Amerika gəmisi ilə birgə təlimlər keçirib. Bunlar “Ronald Reyqan” və “Karl Vinson”dur. Manevrlərdə həmçinin yapon helikopteri iştirak edib. Şübhəsiz ki, keçirilən təlimlər Pekini “qəzəbləndirib”.

Daha əvvəl internetdə özünü suveren dövlət hesab edən Tayvanla Çin arasında qaçılmaz müharibənin olacağını proqnozlaşdırmışdılar. Oradakı vəziyyət Çin döyüşçülər və bombardmançıların oktyabrın 1 və 2-si hava sahəsinə girməsindən sonra gərginləşib.

Nəticədə Tayvan prezidenti ada üzərindəki nəzarətin Çinə keçəcəyi təqdirdə “fəlakətli nəticələr” olacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Taybey özünü Pekindən qorumaq üçün “əlindən gələni edəcək”.

Avstraliya və ABŞ da eyni reaksiya göstərib. Onlar Pekini təhdidləri və güc tətbiqini dayandırmağa çağırıb. Lakin Çin Xarici İşlər Nazirliyinin sözçüsü Tayvanın Çinin bir hissəsi olduğunu və ABŞ-ın bu mövzuda məsuliyyətsiz şərhlər verməyə haqqı olmadığını bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)