Sosial iqtisadiyyat

Azərbaycanın 5 illik sosial-iqtisadi inkişaf strategiyası təsdiq ediləcək

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalimizin qaydışının təmin edilməsi üçün ərazinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi başlıca məqsədimizdir”.

ENA.az x'b'r verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda bu məqsədlə beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin qurumları ilə əməkdaşlıq edilir: “Növbəti addımlarda isə işğaldan azad edilmiş ərazilərdə müasir infrastruktura uyğun olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları daxil olmaqla “Yaşıl enerji” zonalarının yaradılması nəzərdə tutub. Bu da 2021-2025-ci illər üzrə sosial-iqtisadi inkişaf strategiyası layihəsində nəzərə alınıb. Dayanıqlı inkişafa nail olmaqda əməkdaşlığımızın rolu böyükdür. 2030-cu ilin gündəliyindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin sosial-iqtisadi və ekoloji potensialının daha da artırılması üçün beynəlxalq investorların iqlim dəyişiklikləri ilə mübarizədə donor təşkilatlar cəlb etməsi , beynəlxalq təşkilatlarla ayrı-ayrı ölkələr arasında tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi, özəl və dövlət şirkətlərinin prosesə qoşulmas, özəl-dövlət sektoru tərəfdaşlığının yüksək səviyyəyə qaldırılması vacibdir və ən qabaqcıl dünya təcrübəsi də bunu təsdiqləyir. Bu məqam inkişafın maliyyələşdirilməsi üçün 3-cü beynəlxalq konfransda qəbul edilmiş gündəlikdə öz əksini tapıb. Yaxın vaxtlarda bununla bağlı yeni təkmilləşdirilmiş qanunvericiliyi dövlət başçısına təqdim etmək niyyətindəyik. Bu sənədin hökümətdə razılaşdırılması prosesi başa çatır".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)