“Bakcell” in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunacaq
Bakcell və «GİD CSR Consulting» şirkəti uşaqlar arasında “Vətən sevgisinə rəng qat!” şüarı altında rəsm müsabiqəsi elan edib. Layihənin məqsədi vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına öz həmyaşıdlarının qayğı və diqqətini göstərməkdir.
Layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar arasında rəsm müsabiqəsi elan ediləcək. Seçilən rəsm əsərlərinin satışından əldə olunan vəsait isə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladlarına hədiyyələrin alınması üçün xərclənəcək.
Beləliklə, “Vətən sevgisinə rəng qat!” şüarı altında keçirilən bu aksiyaya qoşulan uşaqlar 100 şəhidin övladına dəstək və dostluğunu nümayiş etdirmək imkanı əldə edəcək.
Aksiyada iştirak etmək istəyən uşaqlar sərbəst mövzu üzrə çəkilmiş rəsmlərini 01 noyabr 2021-ci il tarixinə qədər office@gidconsulting.az ünvanına göndərməlidir.
Müsabiqədə iştirak qaydaları və aksiya barədə daha ətraflı məlumat https://gidconsulting.az/?p=101 səhifəsində yerləşdirilib.
Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.