ENA+

Avropa İttifaqı Ukraynada hərbi missiya yaratmaq istəyir

Avropa İttifaqı Ukraynada qurumun hərbi təlim missiyasının yaradılmasının mümkünlüyünü nəzərdən keçirir.

ENA.az xəbər verir ki, bu barədə “Welt am Sonntag” qəzeti məlumat yayıb.

Sözügedən missiya “EU Military Advisory and Training Mission Ukraine” (EUATM, Aİ -nin Ukraynadakı hərbi məsləhət və təlim missiyası - Red) adlanacaq. Qeyd olunub ki, belə bir missiyanın yaradılması Ukrayna ilə həmrəyliyi ifadə edəcək.

Nəşr vurğulayır ki, Ukraynanın xarici işlər naziri və müdafiə naziri iyulun sonunda təlim missiyasının ölkədə yaradılmasını xahiş ediblər.

Hətta bununla bağlı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelə də məktub göndəriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)