Vyetnamlı Azərbaycanda turizm şirkəti yaradıb
Vyetnam Xalq Respublikasının vətəndaşı Hoang Thi Thanh Azərbaycanda turizm şirkəti yaradıb.
“BI “Vergilər” qəzetinə istinadən xəbər verir ki, şirkətin adı “Nine Star Turizm” MMC-dir. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətair rayonu, Fəzail Bayramov, ev 3, mənzil 26-dır.
“Nine Star Turizm” dövlət qeydiyyatına 05 Noyabr 2018-ci il tarixində alınıb.