ABŞ “Sputnik V” peyvəndi vurulan insanların ölkəyə girişinə qadağa qoyacaq
Noyabr ayından etibarən ABŞ xarici vətəndaşlar üçün ölkəyə giriş qaydalarını sərtləşdirəcək.
Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsi tərəfindən təsdiqlənməmiş vaksinlərlə peyvənd olunan insanlar ABŞ-a buraxılmayacaq.
Rusiyanın “Sputnik V” peyvəndi təxminən 4 milyard əhalisi olan 70 ölkədə təsdiqlənib. Bu peyvəndin istifadəyə verilməsi anından bəri 448 milyon doza alınıb. Hazırda bu dərmanla koronavirusa qarşı peyvənd edilən hər kəs ABŞ-ın ərazisinə daxil ola bilməyəcək. Hər şey, peyvənd istehsal edən fabriklərdən birində yoxlama aparıldığı zaman, ÜST mütəxəssisləri tərəfindən lazımi istehsal təcrübələri ilə uyğunsuzluqların aşkar edildiyi və «Sputnik V” vaksininin təsdiqinin dayandırıldığı andan başladı.
Bayden administrasiyasının yeni tələblərinə əsasən, ABŞ-a gəlmək istəyənlər ÜST və ABŞ Qida məhsullarının və dərmanların keyfiyyətinə nəzarət idarəsi tərəfindən təsdiqlənən dərmanlarla peyvənd olunmalıdırlar. Hazırda təsdiqlənmiş vaksinlər siyahısına Pfizer / BioNTech, Sinopharm, AstraZeneca, Moderna və Sinovac daxildir. Məhdudiyyətlər, siyahıda olmayan Hindistanın Covaxin peyvəndi vurulan vətəndaşlara da tətbiq edilə bilər. Rusiya hakimiyyət orqanları artıq ABŞ-da Rusiyanın “Sputnik V” peyvəndi ilə bağlı ayrı-seçkiliyə cavab veriblər.
Hazırda son 2 həftə ərzində Cənubi Afrika Respublikası, Hindistan, İran, Böyük Britaniya, Braziliya, İrlandiya və ya Şengen zonası ölkələrindən birində olmuş əcnəbilərin ABŞ-a girişinə qadağa qoyulub.