Sosial iqtisadiyyat

Qarabağın bərpasında Gürcüstan şirkətlərinin iştirakı müzakirə edilib

"Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bu ilin 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 41% artıb".

ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi, yeni layihələr. Gürcüstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakı məsələləri müzakirə edilib. İnanırıq ki, səmərəli dialoq qonşu və dost ölkə ilə iqtisadi əlaqələrin möhkəmlənməsinə əhəmiyyətli töhfə verəcək", - deyə o, qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)