Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü
![](https://ena.az/uploads/news/2021-09/_ena_cdb15c47f8fbf63d7429224e4_o.jpg)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.