Neft bahalaşmaqda davam edir
Dünya bazarlarında “Brent” markalı neftin qiyməti 1%-dən daha artıq bahalaşıb və 2018-ci ilin noyabrında qeydə alınmış 79 ABŞ dolları səviyyəsini ötüb.
ENA.az “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 08.52-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 78,11 ABŞ dollarına satılıb. “Brent” neftinin noyabr fyuçerslərinin qiyməti isə 1,2% artıb və 1 bareli 79,03 ABŞ dolları təşkil edib. Gün ərzində qiymət 79,52 ABŞ dollarına çatıb.
WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,23% bahalaşaraq, 1 bareli 74,89 ABŞ dolları təşkil edib.