Neft bahalaşmağa başlayıb
Neftin qiyməti bir qədər də artaraq 76 dolları ötüb.
ENA.az xəbər verir ki, Bakı vaxtı ilə 08:50 radələrinə Londonun ICE birjasında Brentin bir barreli 17 sent, yaxud 0.22% artımla 76.36 dollara yüksəlib.
Nyu-Yorkun NYMEX birjasında WTI markalı xam neftin bir barreli 13 sent, yaxud 0.18% bahalaşmaqla 72.36 dollar olub.