MALİYYƏ

Mərkəzi Bank manatın məzənnəsinin zəiflədiyini açıqladı

Azərbaycan manatının məzənnəsi digər ticarət tərəfdaşlarının qarşısında zəifləyib.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik göstəricilərində deyilir.

Manatın real effektiv məzənnəsi 2021-ci ilin iyulunda 102.7 bənd olduğu halda, avqust ayında 102.4 bəndə qədər geriləyib.

Qeyd edək ki, ilin əvvəlində manatın real effektiv məzənnəsi 99.9 bənd təşkil edirdi.

Qeyri-neft sektoru üzrə manatın REM-i isə 99.1 bəndə düşüb, öncəki ayda bu 99.4 bənd təşkil edirdi.

Real effektiv məzənnə – manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksidi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)