Sosial iqtisadiyyat

Prezident fərman imzaladı

“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev həftənin çərşənbə axşamı fərman imzalayıb.

Qərara əsasən 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınacaq. Buna qədər isə bu 2023-cü ilə qədər hesablanırdı.

Fərmanda deyilir,

1. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanının 3.2-ci bəndində “2020-ci” sözləri “2022-ci” sözləri ilə, “2023-cü” sözləri isə “2025-ci” sözləri ilə əvəz edilsin.

2. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının rezidenti

Bakı şəhəri, 21 sentyabr 2021-ci il

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department