İran Azərbaycanla sərhəddəki təlimə SEPAH-ı cəlb etdi
![](https://ena.az/uploads/news/2021-09/_ena_a7c29e6de38515de554eedef7_o.jpg)
İran Azərbaycan ilə sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verir. Təlim ilə bağlı SEPAH tərəfindən hərbi silahlar və texnikanın daşınması davam edir.
ENA.az Musavat.com-a istinadla xəbər verir ki, hərbi təchizatlar arasında İran istehsalı olan “Tufan” zirehli hərbi maşını da gözə dəyib.
Azərbaycan-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimindən və Gorus-Qafan yolundakı məlum insidentdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlim keçirməyə qərar verib.