“Standard Insurance”ın mənzilləri satışa çıxarılıb
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil, onların ümumilikdə hərrac qiyməti olan 1,750 milyon manatdan 10 % aşağı olmaqla, yəni 1,575 milyon manata təkrar (II) açıq hərraca çıxarılıb.
ENA.az xəbər verir ki, bu barədə Ləğvetmə komissiyası məlumat yayıb.
Bildirilir ki, təkrar hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 21 sentyabr 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Təkrar hərracda iştirak üçün 78,750 min manat məbləğində beh, hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü |
Ünvanı |
Ümumi sahəsi |
Hərrac qiyməti AZN |
Təkrar hərrac qiyməti AZN |
Beh AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 |
56.6 м² |
1 750 000 |
1 575 000 |
78 750 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 |
46.5м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 |
52.7 м² |
||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 |
114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://e-herrac.com/advertisement/dasinmaz-emlak/menzil/tekrar-herracin-kecirilmesine-dair-elan
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.