“Səba”nın səhmdarları toplaşacaq
29 oktyabr 2021-ci il tarixində quşçuluq və süd məhsulları istehsalçısı “Səba” ASC səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
ENA.az xəbər verir ki, Ümumi Yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. Cəmiyyətin 2020-ci il üzrə maliyyə hesabatının təqsdiqlənməsi.
2. Bankdan dövriyyə vəsaitlərinin artırılması məqsədilə cəlb edilmiş kreditin təminatı qismində Cəmiyyətə məxsus əmlakın Bankın xeyrinə sonrakı ipotekaya qoyulması.
3. Cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması məqsədilə bankda kredit xəttinin açılması və kreditin təminatı qismində Cəmiyyətə məxsus əmlakın Bankın xeyrinə sonrakı ipotekaya qoyulması, həmçinin bu əmlakın yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüququnun müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə sonrakı girov müqaviləsinə əsasən Bankın xeyrinə girova qoyulması.
4. “Səba”ASC-nin yeni törəmə şirkətinin təsis edilməsi.
5. “Səba”ASC-nin Direktorlar Şurası barədə.
6. Digər məsələlər.
Yığıncaq Şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən cəmiyyətin inzibati binasında keçiriləcəkdir.