İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi işçilər axtarır - VAKANSİYALAR
Baş mühasib
Namizədə dair tələblər:
• Təhsil: Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit)
• Iş təcrübəsi: 5 il iş təcrübəsi minimum( istehsalat sahəsi)
• Yaş: 25-40
• Dil bilikləri: Azərbaycan, Ingilis, Rus
• Vergi qanunvericiliyini yaxşı səviyyədə bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
• Kompüter bilikləri: Ofis proqramları, 1C
• Xammal və hazır məhsul anbarı ilə işin təşkili.
Vəzifə öhdəlikləri:
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• İlkin mühasibat hesabatlarının müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əsas vəsaitlərin uçotunun aparılması
• Hesab və elektron qaimə-fakturaların yazılması;
• Daxili mühasibatlıq sistemində köçürmələrin təmin edilməsi
• Bank əməliyyatının işlənilməsi
• Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsinin təmin olunması;
• Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatların vaxtında və düzgün hesablanmasının təmin edilməsi;
• Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş qrafiki: 5 günlük iş qrafiki
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “ Mühasib” qeyd edərək, hr@icherisheher.gov.az elektron ünvanına göndərilməsi xahiş olunur.
***
Maliyyə analitiki
Namizədə dair tələblər:
• Təhsil: Ali iqtisadi təhsill Magistr dərəcəsi
• İş təcrübəsi: 5 il iş təcrübəsi (büdcə təşkilatı)
• Yaş: 25-40
• Dil bilikləri: Azərbaycan,Inglis,Rus
• Ofis proqranlarında işləmə bacarığı Excel üzrə biliklər (yüksək səviyyədə)
• Analitik düşüncə
• Statistik biliklər
• Maliyyə təhlilinin aparılması bacarığı
• Hesabatların hazırlanması
Vəzifə öhdəlikləri:
• Analitik təhlillərin aparılması
• Maliyyə tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
• İdarə fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
• Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün
• proqnozların verilməsi
İş qrafiki: 5 günlük iş qrafiki
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını “Maliyyə analitiki ” qeyd edərək, hr@icherisheher.gov.az elektron ünvanına göndərilməsi xahiş olunur.