MALİYYƏ

Azərbaycanda şübhəli əməliyyatlara görə - SANKSİYA QOYULAN ŞƏXSLƏR – TAM SİYAHI

Azərbaycanın «maliyyə kəşfiyyatı» - Maliyyə Monitorinqi Xidməti terrorçuluğun maliyyələşdirilməsi səbəbindən sanksiya qoyulan şəxslərin siyahısını yeniləyib. 

ENA.az FED.az-a istinadən xəbər verir ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

«Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər Ümumi Siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Monitorinqi Xidmətinə təqdim etməlidirlər.

Sanksiya qoyulan Azərbaycan vətəndaşlarının siyahısını təqdim edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)