ENA+

"Petkim"də - YENİ TƏYİNAT

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in baş direktor müavini vəzifəsində dəyişiklik edilir.

Bu barədə şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumata əsasən xəbər verilir.

Məlumata görə, şirkətin istehsal üzrə baş direktor müavini Nihad Gürbüz gələn il yanvarın 1-dən bu vəzifədən ayrılacaq, həmin vəzifəyə hazırda Aromatiklər, Qlikol və Akril istehsalı üzrə direktor vəzifəsini icra edən Ali Semih Şansal təyin olunub. O, yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

N.Gürbüz isə həmin tarixdən baş direktorun texniki məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)