“Mercedes” hibrid avtomobillərdən imtina edəcək
Almaniyanın “Daimler” konserninə daxil olan məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” qoşulan hibridli güc qurğularına daha investisiya qoymayacaq.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, bunu konsernin inkişaf şöbəsinin başçısı Markus Şefer deyib.
Mercedes-Benz yeni elektrikli G-Class modelini nümayiş etdirib - FOTO
Cərəyana qoşulan hibrid avtomobil elektrikli və daxili yanma olmaqla iki güc aqreqatına malikdir. Hər iki sistemin isə birlikdə işləməsini təmin etmək isə tam elektrikli sistemə nisbətən bahalı və qəlizdir.
“Mercedes-Benz” 2030-cü ilə qədər tamamilə elektrikli avtomobillərə keçməyi planlaşdırır. Belə ki, 2022-ci ilə kimi bütün seqmentlərdə brendin avtomobillərinin elektrikli versiyası olacaq. 2025-ci ildən başlayaraq nəqliyyat vasitələrinin bütün yeni arxitekturası elektrikli olacaq və müştərilər hər model üçün tam elektrikli alternativ seçə biləcəklər.