ENA+

Rusiyanın fövqəladə hallar naziri ölüb

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçyev vəfat edib.

ENA.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, idarələrarası təlimlərdə bir insanın həyatını xilas edib.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçyev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)