Vakansiyalar

Music Gallery işçilər axtarır - VAKANSİYA

Vakansiya: Anbardar

Tələblər:

• Təhsil: Ali və ya orta
• İş təcrübəsi arzu olunandır.
• Azərbaycan və rus dilini bilməli
• Diqqətli, şaffaf, işində dəqiq olmalıdır.

Əsas vəzifələr:

• Mağazanın anbarına daxil olan malların modelinə əsasən ayırıb anbarda düzgün yerləşdirmək;
• Bütün modelləri ədəd olaraq 1C proqramına əlavə etmək;
• Anbarda mövcud olan (olmayan) məhsullar barədə müvafiq hesabatların hazırlanması;
• Mal-material dəyərlərin inventarizasiyasını təşkil etməli, bu işləri təqvim ayı ərzində bir dəfədən gec olmamaq şərti ilə iştirak etməlidir.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 600 azn

Aşağıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Anbardar” yazaraq, CV-lərini vacancy@mgstore.az elektron ünvanına göndərər bilərlər.

***

Vakansiya: Kredit üzrə mütəxəssis

Tələblər:

• İş stajı : müvafiq sahədə ən azı 1-2 il;
• Dil biliyi : Azərbaycan dilində səlis danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı;
• Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
• Yüksək analitika qabiliyyəti;
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

• Müraciət etmiş müştərilərə kredit şərtləri barəsində məlumat vermək;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ə/h: 350 azn+bonus

Aşağıdakı tələblərə cavab verən namizədlər mövzu yerində “Kredit üzrə mütəxəssis” yazaraq, CV-lərini vacancy@mgstore.az elektron ünvanına göndərər bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department