BİZNES

Ağalarovun şirkəti ilə ‘Akkor’dun arasındakı mübahisə Ali Məhkəməyə gedib çıxıb

Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun Azərbaycandakı biznes qolu ölkənin böyük tikinti şirkət “Akkord”un törəməsi  ilə məhkəmə çəkişməsindədir. İş Ali Məhkəməyə qədər gedib çıxıb.

ENA.az xəbər verir ki, Ağalarovun Azərbaycandakı “Crocus Trading” MMC “Akkord Hydrotechnıcal Constructıon Company” MMC barəsində 1 sentyabr 2021-ci il tarixdə Ali Məhkəməyə müraciət edib. Məhkəməyə Kəmalə Abiyeva hakim təyin edilib.

Mübahisənin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklər üzrə – alqı-satqı müqaviləsi üzrə mübahisələrdir.

“Akkord Hydrotechnıcal Constructıon Company” MMC 2015-ci ildə yaradılıb və nizamnamə kapitalı 1 274 541 manatdır.  “Akkord Hydrotechnical Construction Company” MMC şirkətinin əsas fəaliyyət dairəsinə su və kanalizasiya sistemlərinin çəkilməsi, içməli və çirkab su təmizləyici qurğuların, inzibati binaların, su anbarlarının və yardımçı binaların tikilməsi daxildir.

“Crocus Trading” MMC 2010-cu ildə yaradılıb və 24 manat nizamnamə kapitalına sahibdir. Şirkətə Cəmilə Ağalarova Teymur qızı qanunu təmsilçilik edir. Şirkət Araz Ağalarovun Rusiyadakı “Crocus” şirkəti brendi altında fəaliyyət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)