Rusiya, Çin, ABŞ və Pakistan Kabildə görüşə hazırlaşır
![](https://ena.az/uploads/news/2021-09/_ena_f52530e32ec7cf74cf56cd374_o.jpg)
Rusiya, Çin, ABŞ və Pakistan Kabildə Əfqanıstanla bağlı görüş keçirəcəklər.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən məlumat verilib.
Bildirilib ki, vəziyyətin stabilləşməsindən və aeroportun fəaliyyətinin bərpa edilməsindən sonra tərəflər Əfqanıstanın paytaxtı Kabil şəhərində görüş keçirəcəklər.
Görüşdə Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.