Tenderlər

Dövlət Vergi Xidməti AVİS 2 informasiya sistemini təkmilləşdirir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

ENA.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Cybernet" MMC-dir.

Qalib şirkətə 8 milyon 923,8 min manat ödəniləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)