Vakansiyalar

Fostanpak MMC işçi axtarır - VAKANSİYA

Anbardar köməkçisi

İş barədə:

- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
- Yükləri anbara qəbul edərkən, yüklərin faktiki miqdarını, eləcə də məhsulun vəziyyətini yoxlamaq;
- Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
- Qaimə və hesab fakturalar əsasında anbardakı prosesləri həyata keçirmək;
- Müştərilərin sifarişlərinə görə məhsulların dəstlərə komplektləşdirilməsi;
- Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
- Malların təhlükəsizliyindən cavabdeh daşımaq;
- Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
- İşçilər arasında iş bölgüsünü aparmaq və işçilərin davamiyyətinə nəzarəti həyata keçirmək;
- Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı saxlanmasını icra etmək.

Fərdi keyfiyyət göstəriciləri:

- Diqqətcil;
- Komanda ilə işləmə bacarığı;
- Gərgin iş tempinə uyğunlaşa bilən.

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır;
İş qrafiki 5 gün 9:00-18:00, şənbə günü 9:00-15:00, bazar günü istirahət;
Nahar şirkət tərəfindən verilir;
Əmək haqqı 400-500 AZN

CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun.

CV-də qeyd olunan əlaqə nömrəniz aktiv olmalıdır. Məktubun mövzu bölməsində vakansiyanın adını mütləq qeyd edin.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini reception@monopak.az mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq vakansiyanın adını yazmaları tələb olunur.

Uyğun namizədlər ilə əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department