“Milla”ya böyük kapital qoyuldu
Azərbaycanda “Milla” südlərinin istehsalçısı “AZ FP CO LTD” Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnamə kapitalı kəskin artırılıb.
ENA.az xəbər verir ki, “AZ FP CO LTD” MMC-nin nizamnamə kapitalı 7 000 000 manat, yaxud 64% artırılıb.
Beləliklə, qida istehsalçısının nizamnamə kapitalı 17 978 038 manata çatdırılmışdır.
“Milla” süd məhsullarının istehsalı ilə məşğul olan “AZ FP Co. Ltd” MMC 2006-cı ildə yaradılıb.