Vakansiyalar

Bu şirkətlər işçi yığır - VAKANSİYALAR

Delüks-Kamin MMC

Sürücü

Tələblər:

- 25-40 yaş arası kişilər
- Təcrübəli
- BCD kateqoriyalı
- Bakı şəhərini yaxşı tanımalı
- Rayonlara gedə bilməli
- Yük maşını idarə edə bilməli (Ford, Atego)
- Kollektivle uygunlashma qabiliyyeti yuksek olmalı
- Verilən və qoyulan tələbləri vicdanla və məsuliyyətlə yerinə yetirməli

Vəzifələr:

- Rəhbərlik tərəfindən verilən işlərin görülməsi;
- Şirkətin təyin etdiyi marşrut üzrə işcilərin daşınması
- Şirkətin mallarının təyinatı üzrə daşınması

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Bazar istirahət günüdür
- Nahar Şirkət tərəfindən təmin edilir

Lokasyon: Bakü / Azerbaycan
Maaş Skalası: 450 - 650 Azn

Müraciət üçün:

a)- www.deluxekamin.com/careers/ sayfasını ziyaret etmenizi ve cv göndermenizi rica ediyoruz.

Veya

b)- hr@deluxekamin.com adresine mail ile cv göndermenizi rica ediyoruz.

***

ATKINS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi.

Vəzifənin adı: Baş mexanik

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

• Baş mexanik vəzifəsinə ali ixtisas təhsili olan, ixtisası üzrə ən azı 5 il iş təcrübəsinə malik şəxs təyin olunur.
• Layihə çərçivəsində aparılan tikinti obyektlərində mexaniki işlərin keyfiyyətli və səmərəli şəkildə aparılmasının təşkil edilməsinə nəzarət etmək;
• Tikinti təşkilatının rəhbərləri və aparıcı mühəndisləri ilə mütamadi şəkildə təmasda olmaq, onlar ilə görüşlər keçirmək, podratçı təşkilatların müəyyən edilməsində, həmçinin layihənin tələblərinə uyğun olaraq müasir material və avadanlıqların seçilməsində yaxından iştirak etmək;
• Vaxtaşırı olaraq tikinti obyektlərində mexaniki işlərə baxış təşkil etmək, qüsurlar aşkar edildiyi təqdirdə, tikinti təşkilatlarına onların operativ və düzgün şəkildə aradan qaldırılmasını izah etmək, lazımı məsləhətlər vermək və işlərin düzgün şəkildə təşkil edilməsi istiqamətində bilik və bacarığını əsirgəməmək;
• Mexaniki avadanlıq və cihazların texniki cəhətdən düzgün və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə quraşdırılmasını təmin etmək;
• Əməyin və ətraf mühitin mühafizəsinin təşkil edilməsi istiqamətində ardıcıl olaraq işlər aparmaq və bunlara riayət edilməsini tikinti təçkilatlarından tələb etmək;
• Verilmiş tapşırıqları vaxtında yerinə yetirməlidir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan, ingilis və rus dillərini yazılı və şifahi surətdə əla bilmək;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) hr@bwc.az elektron poçt ünvanına göndərə bilərlər.

***

irkət: “Kristal Abşeron” MTK
Vəzifə: Receptionist

Tələblər:

- Ali təhsil
- Receptionist və oxşar vəzifədə minimum 1-2 il təcrübə;
- Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzuolunandır;
- Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri :

- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması və onların qeydiyyatının aparılması;
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Təqvimin aparılması, sənədlərin qeydiyyatının aparılması;
- E-mail və digər yazışmaların icra edilməsi;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:

- 6 günlük iş qrafiki;
- İş yeri Yasamal rayonunda yerləşir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Receptionist” üzrə yazmaqla ''hr@kristalabsheron.az'' elektron ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

***

Divan Express Baku Hotel

Vakansiyanın adı: Ofisiant
İş yeri: Bakı şəhəri

Əsas tələblər:

• Müvafiq sahədə 1 il iş təcrübəsi
• Müştəri yönümlülük,
• Ədalətlilik və düzgünlük;
• Xoş görünüş,gülərüzlülük,operativlik.
• Komanda ilə işləmə və ünsiyyət qura bilmə bacarığı;
• Səliqəli və təmizkar olmalı.

Vəzifə öhdəlikləri:

• Masaların təmiz və səliqəli saxlanması
• Müştərilərdən sifarişləri qəbul etmək
• Menecer tərəfindən verilan tapşırılara riayət etmək
• Şirkət daxili nizam-intizam qaydalarına əməl etmək

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunur.
AR Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə

Müraciət edərkən vəzifənin adını email-in mövzü hissəsində “Ofisiant” qeyd edərək CV-nizi hr.baku@divan.com ünvanına göndərməyiniz xahiş olunur.

***

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.

Vəzifənin adı: Xadimə

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

• Bütün xidməti otaqların, ofisin, anbarların, ayaqyolların, koridorların, pilləkənlərin yığışdırılması.
• Mebellərdən, avadanlıqlardan və s. cihazlardan tozu alınması, divarların, döşəmələrin, pilləkənlərin, pəncərələrin və s. təmizlənməsi və əl ilə ya da müxtəlif vasitələrin köməyi ilə yuyulması.
• Zibilin və tullantıların yığılması və müəyyən yerə daşınması. Zibil qabların yerləşdirilməsi, təmizlənməsi və dezinfeksiyası.
• Təmizlənən yerlərdə sanitariya və gigiyena qaydalarına riayət edilməsi.
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi.
• Şirkətin daxili iş qaydalarına riayət edilməsi.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Orta-ixtisas və ya ali təhsili;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.

***

ATKİNS

Vəzifənin adı: Bağban

Ümumi müddəalar:

• Bağban vəzifəsinə orta-ixtisas və ya orta təhsili olan şəxs təyin olunur.

Əsas vəzifələr:

• Ərazinin yaşıllaşdırılması və ona peşəkar qulluq göstərilməsi;
• Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi;
• Bitkilərə qulluq edilməsi, mineral gübrələrin verilməsi;
• Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi;
• Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması;
• Əkilmiş bitkilərin dibinin boşaldılması və sulanması;
• Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması;
• Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması;
• Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəclə bərkidilməsi;
• Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.

Bilməlidir:

• Ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını hr@bwc.az elektron poçtun ünvanına göndərə bilərlər.

***

Araz Supermarket

Direktor köməkçisi

İş yeri: Bakı şəh.

Vəzifə öhdəlikləri:

- Rəhbərin qəbulunda olmaq üçün müraciət edən şirkət əməkdaşlarının, iş adamlarının, qonaqların qeydiyyatını aparmaq və direktorun qəbul cədvəlini hazırlamaq;
- Şirkət rəhbərliyinə ünvanlanmış bütün sənədlərlə tanış olub, icrası aid olan aidiyyatı struktur bölmə rəhbərinə yönləndirmək;
- Tələblərə cavab verən sənədləri vaxtlı-vaxtında rəhbərə çatdırmaq;
- Rəhbərin ölkədə və ya xaricdə keçiriləcək seminarlara, treninqlərə, sərgilərə və ya hər hansı bir toplantıya dəvətnamə və şifahi dəvət olunduğu barədə dəqiq məlumat toplamaq, təhlil etmək və nəticələr barədə rəhbəri məlumatlandırmaq;
- Rəhbərə lazım olan müvafiq məlumatların operativ olaraq aidiyyatı struktur bölmələrindən toplanmasını təşkil edib bu sənədləri vaxtında rəhbərliyə təqdim etmək;
- Görüş təyin olunmuş qonaqlar və əməkdaşlara əvvəlcədən müvafiq qaydalar (reqlament) barədə məlumat vermək və ona riayət etmələrini xahiş etmək.

Tələblər:

- Ali təhsil;
- İş təcrübəsi müvafiq sahədə ən azı 1 il;
- Yüksək səviyyədə MS Office bilikləri;
- Dil bilikləri (Rus və İngilis dili səlis);ç
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Komandada işləmə, ünsiyyət bacarıqlarının olması.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Direktor köməkçisi” adını mövzu hissədə qeyd etməklə CV formalarını cv@retail.az və elcin.ekberov@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.

***

“Sağlam Ailə” tibb mərkəzi Çağrı mərkəzi üzrə operator vakansiyası elan edir.

Vəzifə və öhdəliklər:

• Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
• Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
• Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir;
• Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;

Namizədə olan tələblər:

• Ali təhsil;
• Azərbaycan, rus dili biliyi - əla;
• Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;

Qeyd:

• İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department