Qarabağ

Gorus-Qafan yolu bağlanandan sonrakı vəziyyət – FOTOLAR

Gorus-Qafan yolundakı uzun maşın karvanı ilə bağlı artıq sosial şəbəkələrdə fotolar paylaşılmağa başlayıb. İranla Ermənistanın ortaq əlaqələrini göstərən bu karvanın ucu-bucağı yoxdur.

Rusiya saytları yazır ki, Azərbaycan hərbçisinin yaralanmasına cavab olaraq Azərbaycanın bu yolu bağlaması faktiki olaraq İranla Ermənistan arasında quru əlaqəsini iflic edib. Əslində Ermənistan baş naziri Nikol Paşinyan özü etiraf edib ki, Sovet dövrünün xəritələri ilə Ermənistan ərazisi olmayan, yəni Azərbaycan ərazisinə Azərbaycan silahlı qüvvələri yerləşib. Göründüyü kimi, Azərbaycan öz torpağında və sərhədləri çərçivəsində dayanıb.

Beləliklə, erməni aqresiyası və düşmənin 10 Noyabr bəyanatına əməl etməməsi regionda vəziyyəti daha da gərginləşdirir.

Üstəlik, Azərbaycan dəfələrlə İrana rəsmi qaydada etiraz edərək, sülhməramlı qüvvələrin nəzarətində olan Azərbaycan torpaqlarına icazəsiz maşın karvanları keçirdiyini bəyan edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)