ENA+

Türkiyədə minimum əmək haqqı 2 minə çatacaq

 Gələn il Türkiyədə minimum əmək haqqı bu illə müqayisədə 20,6% artarılaraq 2 020 lirəyə (646,8 manata) çatdırılacaq. 

"BI" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, minimum maaşın artırılması ilə Türkiyə vətəndaşlarına ödənilən ən aşağı işsizlik müavinətinin məbləği 805lirədən 1 015 lirəyə, ən yüksək işsizlik müavinətinin məbləği isə  1 611lirədən 2 030 lirəyə qalxacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)