Bank

AccessBank-da yeni təyinat

Rəşad Mirzəyev AccessBank-da İT İnfrastruktur və Əməliyyatlar departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayıb.

R. Mirzəyev bank sahəsində ümumilikdə 13 ildən artıq iş təcrübəsinə malikdir. O, əmək fəaliyyətinə 2008-ci ildə Rabitəbank-da İnformasiya Texnologiyaları departamentində başlayıb. 2013-2018-ci illərdə həmin departamentin Texniki dəstək şöbəsinin rəisi vəzifəsində işləyib. AccessBank komandasına qoşulanadək isə Rabitəbank-da İT İnfrastrukturu Departamentinin direktoru olub.

Rəşad Mirzəyev CİSCO və HP-in Madrid və Barselonada təşkil etdiyi beynəlxalq təlimlərin iştirakçısıdır.

Azərbaycan, İngilis və Rus dillərini bilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)