Sinteks Şirkətlər Qrupu, işçi axtarır - VAKANSİYA
Sinteks Şirkətlər Qrupu
Sinteks Şirkətlər qrupuna hal hazırda Satış təmsilçisi tələb olunur.
Vəzifənin rolu:
Bu vəzifənin rolu satışı həyata keçirmək və müştəri bazasını inkişaf etdirməkdir.
Vəzifə öhdəlikləri:
• Şirkət tərəfindən müəyyən edilmiş satış planını həyata keçirir
• İş əsnasında şirkətin peşəkar satış texnikasını öyrənir və effektiv şəkildə istifadə edir
• Satış zamanı şirkətin müştəri xidmətləri standartlarına uyğun xidmət göstərir
• “Total look” satışlarının ideyasını tətbiq edir
• Mağazada və anbarda məhsullların mövcudluğuna və çeşidlərinə dair məlumatları bilir
• Ticarət salonunun iş qrafikinə, şirkətin nizam-intizam qaydalarına riayət edir
• Şirkətə məxsus əmlaklarının qorunub saxlanılmasını təmin edir, talama təhlükəsi olduğu halda birbaşa rəhbərini məlumatlandırır
• Müştəri şəbəkəsini yaradır və inkişaf etdirir
Əsas tələblər:
Təhsil:
• Xüsusi təhsil tələb olunmur, Ali təhsil arzuolunandır
Təcrübə:
• Müvafiq satış sahəsində ən azı 1 il iş təcrübəsi
Professional Biliklər:
• Rus dili mükəmməl, İngilis dili arzuolunandır
• Müştəri xidməti
• Satış texnikası
Professional Bacarıqlar və Kompetensiyalar:
• Ünsiyyət bacarıqları
• Satış bacarıqları
• Stressə davamlılıq
• Məsuliyyət
• Məqsədyönlülük
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.