Bank

Azərbaycanda 10 bankın faiz gəlirləri azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu ilin I yarısındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Bunlar “Express Bank”, “Azər-Türk Bank”, “Premium Bank”, “Bank BTB”, “Muğan Bank”, “Azərbaycan Sənaye Bankı”, “Xalq Bank” və “AFB Bank” ASC-lər, eləcə də “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lərdir.

Ən çox azalma “AFB Bank”da (54%), ən az azalma isə “Express Bank”da (3,3%) qeydə alınıb.

Qalan 16 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (85,3%), ən aşağı dinamika isə “Bank Respublika” ASC-də (2,9%) qeydə alınıb.

6 bankın faiz gəlirləri 40 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı faiz gəlirləri 40 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (226 milyon 785 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (215 milyon 429 min manat), “PAŞA Bank” (128 milyon 819 min manat), “Unibank” (54 milyon 712 min manat) və “Xalq Bank” (47 milyon 250 min  manat) ASC-lər, “Access Bank” QSC-dir (46 milyon 986 min manat).

Qalan 20 bankdan 12-də faiz gəlirləri 10-40 milyon manat arasında, 8 bankda isə 10 milyon manatdan azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)