Sığorta

Payızlıq taxıl sahələrini sığortalamaq neçəyədir? – YENİ MƏBLƏĞLƏR

Aqrar Siğorta Fondu Azərbaycanda payızlıq taxıl əkini mövsümünün siğorta məbləğlərini açıqlayıb.

Bu barədə ENA.az Fonda istinadən xəbər verir.

Bildirilir ki, fermerlər əkin sahələrini və yığılacaq məhsulu müxtəlif risklərdən, o cümlədən yanğın, dolu, zərərvericilər, xəstəliklər və 3-cü şəxslərin vurduğu zərərdən qorumaq barədə indidən düşünməlidirlər.

Ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən yeni aqrar sığorta mexanizmi vasitəsilə taxıl sahələrini sadalanan risklərdən qorumaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, fermerlər və sahibkarlar tərəfindən ödənilən sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir. hektar taxıl sahəsini yanğından, doludan və digər hadisələrdən qorumaq neçəyə başa gəlir?

Təqribən 1 200 manatlıq taxıl yığılan sahə üçün sığorta haqları (fermerin ödəyəcəyi məbləğ) belədir:

Qarabağ regionunda - 10 manat

Şərqi Zəngəzur regionunda - 10 manat

Şəki-Zaqatalada – 16-17 manat

Lənkəran–Astara regionunda - 7 manat

Qazax–Tovuz ərazisində – 24-25 manat

Mərkəzi Aran rayonlarında - 8 manat

Quba-Xaçmaz bölgəsində - 7 manat

Mil–Muğan regionunda - 8 manat

Abşeron-Xızı bölgəsində - 7 manat

Gəncə–Daşkəsən regionunda – 24-25 manat

Şirvan–Salyan zonasında - 8 manat

Dağlıq Şirvan bölgəsində - 11-12 manat

Bakıda - 7 manat.

Fermerlər və iş adamları öz əkin sahələri üzrə sığorta haqqının məbləğini Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində yerləşdirilmiş «Bitkiçilik kalkulyatoru» (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə sərbəst şəkildə hesablaya bilərlər. Bütün hallarda fermer sığorta haqqının yalnız 50 %-i ödəyəcək, məbləğin qalan 50 %-i fermerlərə dəstək üçün dövlət ödəyəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)