Sosial iqtisadiyyat

Azərbaycan yanğınsöndürənlərinin Türkiyədən nə vaxt qayıdacağı açıqlanıb

“Yaxın vaxtlarda Vətənə qayıdacağıq”.

Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, vəziyyət barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məruzə edib: “Hazırda 350 nəfərlik şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədir. Bazar günü heç bir hadisə baş verməsə, bu qüvvələri bazalara çəkəcəyik. Bütün avtomobillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi Vətənə qayıdacağıq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)