Elm və Texnologiya

Dünyanı smartfon qıtlığı gözləyir

2021-ci ilin üçüncü rübündə smartfon istehsalçıları mikroçip çatışmazlığı səbəbindən satışların kəskin azalmasını gözləyir. Adətən şirkətlər qış tətilində tələbat daha çox olduğu üçün daha çox cihaz satmağa çalışır.

ENA.az xəbər verir ki, gözlənilən smartfon qıtlığı haqqında “Apple”ın cihazların yığılmasında əsas tərəfdaşı olan “Hon Hai” şirkətinə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Onun hesablamalarına görə, üçüncü rübdə satışlar yazla müqayisədə azalacaq. Qeyri-nikbin proqnoz analitikləri təəccübləndirir, çünki yazın sonu və payızın əvvəli  qlobal elektronika sənayesi üçün satışların zirvəyə çatdığı mövsümdür.

Mikrosxem çalışmazlığı həm “iPhone”, həm oyun konsolları, həm də serverlərin istehsalına təsir göstərib. Qeyd edək ki, pandemiya dövrü ərzində alıcıların cihazlara olan marağı artıb. Bu, distant iş və təhsil rejimin populyarlaşması fonunda baş verib.

Daha əvvəl “Apple” da analitiklərə komponentlərin çatışmazlığı ilə bağlı xəbərdarlıq edib. İyulun sonunda şirkət koronavirus məhdudiyyətlərinin “iPhone” və “iPad” satışlarına təsir edəcəyini açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)