Sosial iqtisadiyyat

Universitetlərdə ən bahalı və ucuz ixtisasların SİYAHISI

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilsə də, ixtisas seçiminə hələ start verilməyib.

Bu ərəfədə boş plan yerlərinin sayı ilə yanaşı, tələbələri ən çox maraqlandıran suallardan biri də ödənişli ixtisasların illik qiymətidir.

Ölkə.Az Azərbaycan universitetlərində müxtəlif ixtisasların illik ödənişini öyrənib.

Siyahını təqdim edirik:

İllik ödənişi ən yüksək olan ali təhsil müəssisəsi Azərbaycan Diplomatiya Akademiyasıdır (ADA). Burada 1-ci ixtisas qrupuna aid kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, 2-ci qrup üzrə iqtisadiyyat və biznesin idarə edilməsi ixtisaslarının illik ödənişi 6500 manat təşkil edir.

İkinci sırada Xəzər Universiteti gəlir. Universitetdə ingilis dilində tədris edilən kompüter mühəndisliyi, maliyyə, mühasibat uçotu və audit ixtisaslarında təhsil almaq üçün 5000 manat ödənilməlidir.

Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq ixtisasının illik ödənişi 4500 manatdır.

Xəzər Universitetinin Azərbaycan dili-ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi, eləcə də tədrisi ingilis dilində olan tərcüməçilik, psixologiya ixtisasının illik ödənişi 4000 manatdır.

Azərbaycan Tibb Universitetində (ATU) müalicə işi və stomatologiya ixtisaslarında təhsil almaq üçün isə 3000 manat ödənilməlidir.

Ən ucuz ixtisaslar arasında ilk yerdə Azərbaycan Dillər Universitetinin (ADU) alman, fransız və koreya dilləri üzrə tərcümə, eləcə də həmin dillər üzrə müəllimlik, Almaniya, ərəb ölkələri və Fransa üzrə regionşünaslıq ixtisasları ən ucuz hesab edilir. Belə ki, həmin ixtisaslar üzrə illik ödəniş 1000 manatdır.

Aviasiya Akademiyasının aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasının qiyməti 1200 manatdır.

BDU-nun riyaziyyat və geologiya, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft qaz, texnoloji maşınlar mühəndisliyi ixtisaslarının illik ödənişi 1400 manat təşkil edir.

Azərbaycan Texniki Universitetin (ATU) elektrik, telekommunikasiya və radiotexnika, kompüter, informasiya texnologiyaları mühəndisliyi 1500 manat, Pedoqoji Universitetin fizika, riyaziyyat və informatika müəllimliyi ixtisasları üzrə təhsil haqqı 1500 manatdır.

Memarlıq və İnşaat Universitetinin  mühəndislik ixtisaslarının illik ödənişi 1800 manat təşkil edir.

Azərbaycan Tibb Universitetində (ATU) müalicə işi ixtisası üzrə illik ödəniş 4500, qalan bütün ixtisaslar (stomotologiya, əczaçılıq, ictimai səhiyyə, fizioterapiya) üzrə isə 4000 manatdır.

Qeyd edək ki, sözügedən rəqəmlər ötən ilə aiddir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)