Sosial iqtisadiyyat

“Mobil notariat” tətbiqinə yeni xidmətlər əlavə olunacaq

“Mobil notariat” tətbiqinin istifadəçiləri 120 minə yaxındır. Hazırda tətbiq vasitəsilə həyata keçirilən gündəlik notariat hərəkətlərinin sayı 400-ü keçib”.

ENA.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov deyib.

O, bildirib ki, avqust-sentyabr aylarında “Mobil notariat” tətbiqinə yeni xidmətlər əlavə olunacaq:

“Bu ayın sonunda azyaşlıların pasport almasına dair valideynlərin razılıq ərizələri və yaşayış sahəsi üzrə qeydiyyata alınma üçün mənzil sahibinin razılıq ərizəsi mobil qaydada rəsmiləşdirilməsi mümkün olacaq. Eyni zamanda vətəndaşlar “Mobil notariat” tətbiqi vasitəsi ilə qəbula yazılacaq və qeyd edilən vaxtda notariusa gələrək növbə gözləmədən xidmətlərdən istifadə edə biləcəklər”.

“Daha bir yenilik isə gələcəkdə səyyar notarius xidmətinin də tətbiqi planlaşdırılır. Bu xidmət vasitəsi ilə vətəndaşlar iş vaxtından sonra notarius xidmətindən istifadə edə biləcəklər”, - deyə Zaur Həsənov bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)