ENA+

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpasını maliyyələşdirəcək"

Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

"BI" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min milməsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkənin qonşularının bərpasına kömək etməsi xoş deyil?", - deyə o yazıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)