Səfər Mehdiyev: “Dövlət Gömrük Komitəsi büdcə öhdəliyinə 113% əməl edib”
Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi dövlət büdcəsi qarşısında öhdəliyinə 113,44% əməl edib.
ENA.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.
Onun sözlərinə görə, büdcəyə proqnozdan əlavə 287,14 milyon manat vəsait köçürülüb.