Antiinhisar Xidməti İcra Hakimiyyətinin tenderinin nəticələrini ləğv etdirib

2021-ci ildə Hacıqabul şəhərində mənzil fondunun əsaslı təmiri işlərinin yerinə yetirilməsi üçün satınalan təşkilat kimi Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il iyulun 9-da keçirilmiş açıq e-tenderin yekun nəticələri ləğv olunub.
ENA.az xəbər verir ki, bu barədə qərar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən qəbul edilib.