ABŞ defolt astanasındadır
ABŞ dövlət borcunun yuxarı həddinə dair 2 illik sazişin müddəti başa çatıb.
ENA.az “Bloomberg”ə istinadən xəbər verir ki, 2019-cu ildə həmin hədd 22 trilyon dollar səviyyəsində razılaşdırılmışdısa da, ötən ay dövlət borcunun həcmi 28,5 trilyona çatıb. Bununla bağlı Konqres addım atmasa, Maliyyə Departamenti yalnız hesablarda olan 450 milyard dollar vəsaiti idarə edəcək.
Belə ki, 2019-cu ilin avqust ayında Konqresin qərarı ilə dövlət borcuna məhdudiyyət razılaşması dayandırıldı. Yeni məhdudiyyət razılaşdırılmadan dövlət və özəl istiqrazlarının satışı dayandırlıldı.
Qeyd edək ki, ABŞ hökuməti hələ 2008-ci il maliyyə böhranı vaxtından bu yana xarici borclanmanı artırır. Belə ki, Barak Obama dövründə dövlət borcu 9 trilyon, Donald Tramp dövründə isə 7 trilyon dollar artaraq 2018-ci ildə ÜDM-nin 78 faizinə çatıb. Bu ilin yazında isə dövlət borcunun həcmi ÜDM-nin 101 faizi təşkil edib. Belə hal yalnız ikinci dünya müharibəsindən sonra qeydə alınmışdı.