Sosial iqtisadiyyat

Azərbaycanda müavinət və təqaüdlər artırılacaq - RƏSMİ

Təqaüd və müavinətlər artırılması məsələsi daim nəzarətdədir və bunun üzərində iş aparılır.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. Onun sözlərinə görə, pensiyaların, müavinətlərin və təqaüdlərin artırılması son illərdə müşahidə olunur.

“2019-cu ilin aprelində müavinət və təqaüdlər 50-80 faiz arasında artırılıb. Xüsusən 110 və 130 manat olan müavinətlərin məbləği qaldırılıb. Bu məsələ daim ölkə rəhbərliyinin diqqətindədir. Müəyyən proqramlar qəbul edilir, müavinət və təqaüdlərin artırılması da planlaşdırılır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department