"Azərbaycanın investisiya reytinqi tezliklə bərpa olunacaq"
"Azərbaycanda dayanıqlı makroiqtisadi sabitlik formalaşıb".
ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov onlayn keçirdiyi mətbuat konfransında bildirib.
"Koronavirus (COVID-19) pandemiyası dövründə AMB-nin həyata keçirdiyi siyasət, iqtisadi artımın bərpası Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşması ilə müşahidə olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini bir neçə pillə yüksəldib. Hesab edirəm ki, görülən bu işlər ona gətirib çıxaracaq ki, ölkənin investisiya reytinqi tezliklə bərpa olunacaq. O cümlədən ölkə prezidentinin Qarabağla bağlı təşəbbüsləri uğurla nəticələncək, investisiya reytinqimizin bərpa olunmasına xidmət edəcək”, -o deyib.