Azərbaycanda bank müştərilərinin sayı 10 milyon yarıma çatıb
Azərbaycanda bank müştərilərinin sayı 2021-ci ilin iyun ayına 10 473 335 nəfər təşkil edib.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
2020-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 8 515 210 nəfər olub ki, bu da illik müqayisədə bank müştərilərinin 1 958 125 nəfər artması deməkdir.
Bu ilin may ayında bank müştərilərinin sayı 10 275 034 nəfər təşkil edib. Belə ki, aylıq müqayisədə 198 301 nəfər artıb.
Bank müştərilərindən 10 351 349 nəfəri fiziki şəxslər, 121 986 nəfəri isə hüquqi şəxslər olub.