Kontinent İnşaat MMC işçi axtarır - VAKANSİYA
Elektrik mühəndisi
Funksiyaları
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
-Layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
Vəzifəyə olan tələblər
- Ali təhsilli (elektroenergetika mühəndisliyi üzrə bakalavr və ya magistr),
- Müvafiq ixtisas üzrə 3 il iş təcrübəsi,
- Yüksək gərginlikli güc transformatorları haqqında nəzəri və praktik biliklərinin olması,
- Kompüterdə mühəndis hesabat və dizayn proqramlarında işləmə bacarığının olması,
- Konstruktor sənədlərinin tərtib olunması barədə standartların tələblərini bilməsi,
- Transformatorlarin sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyaları haqqında biliklərin olması,
- Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşu və birxəttli sxemləri analiz etmək bacarığı,
- Paylayıcı qurğuların ayrı-ayrı elementlərinin funksiyaları (açar, ayırıcı, ölçü transformatorları, rele mühafizə və s.) haqqında ümumi məlumatların olması,
- Normativ və Texniki sənədlərlə işləmək bacarığı,
- MS Excel, Auto Cad, 3D, SolidWorks proqramlarında işləmək bacarığı,
- Azərbaycan dilində sərbəst danışmaq, fikirlərini yazılı ifadə etmək qabiliyyəti, ingilis dili arzu olunandır
Digər şərtlər
- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir;
- Əmək fəaliyyəti prosesində müəssisənin struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir;
İş şəraiti
İş yeri: Şabran rayonu
Həftədə 6 iş günü, 1 gün istirahət;
Əmək haqqı: 1500-1800 azn
Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.
Bilməlidir
- Elektron-hesablama maşınlarının istismarı və təmirinə aid rəhbər və normativ sənədləri;
- Avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, texniki istismar qaydalarını;
- Məlumatın mexaniki emal edilməsi texnologiyasını;
- Təmir xidmətinin təşkilini;
- Elektron hesablama texnikasının istismarını və texniki xidməti üzrə qabaqcıl təcrübəni;
- Avadanlığın ehtiyat hissələrinin təmirinin aparılmasını; əməyin və istehsalatın təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.
E-mail: hr@kontinent.az