Sığorta

“Atəşgah Sığorta”nın İdarə Heyətinə yeni üzv seçilib

“Atəşgah Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu, Yusif İmamverdiyev Rafiq oğludur.

Qeyd edək ki, bundan öncə bu sığorta şirkətinin İdarə Heyəti üzvlərindən biri Rəhimova Günel Cəfərağa qızı vəzifəsindən istefa vermiş, o, digər sığorta şirkətinin Təftiş Komissiyasına sədr təyin edilmişdi.

İmamverdiyev Y.R. 1995-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “İnşaat mühəndisi” fakültəsini bitirmişdir.

2002 ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq müxtəlif dövrlərdə bir sıra vəzifələr tutmuşdur.

2018-ci ilin oktyabrından isə “Atəşgah Həyat” SŞ-də İdarə Heyətinin üzvü seçilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)