ENA+

Ərəblər süni yağış yağdırmağa başlayıblar

Birləşmiş Ərəb Əmirlikərinin Əbu Dabi əmirliyi ərazisində gündüzlər 47 dərəcə isti olmasına baxmayaraq dünəndən bərk yağışlar yağır.

Bu barədə “Storm” portalına istinadən xəbər verir.

Qeyd olunub ki, buna səbəb Əbu Dabidə süni bulud yaradaraq yağış yağdırmaq texnologiyasının sınaqdan keçirilməsidir.

Xatırladaq ki, bu ilin yazında ölkədə yağıntıları süni şəkildə artırmaq üsulu sınaqları keçirilib. Belə ki, bunun üçün buludlara elektrik cərəyanı verən xüsusi dronlardan istifadə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)