Azərbaycanda Qurban bayramın tarixi dəyişdirildi - iyulun 20-də keçiriləcək
![](https://ena.az/uploads/news/2021-07/_ena_af802557e2df01f04350ca80d_o.jpg)
Qurban bayramı 20 iyul tarixinə təsadüf edəcək.
ENA.az-ın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında deyilir.
Qeyd olunur ki, Qurban bayramının AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccənin 10-na – Miladi təqvimlə 20 iyul tarixinə təsadüf edəcək.
Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib.