Sağlamlıq

Türkiyə Səhiyyə Nazirliyinin əmri ilə Sinovac peyvəndinin bu seriyasının vurulması dayandırıldı

Türkiyənin Səhiyyə Nazirliyi 29 iyundan bəri tətbiq olunan Sinovac peyvəndi seriyasının istifadəsini dayandırdı. Türk Tibb Dərnəyi (TTB) Baş katibi Prof. Dr. Vedat Bulut peyvəndlərin istifadəsinin dayandırıldığını təsdiqlədi və səbəbini öyrənə bilmədiklərini söylədi.
Ölkəmizdə və dünyada Çin peyvəndi olaraq geniş tanınan Sinovacın B18880035A seriyalı peyvəndlərin dayandırılması barədə əmri Türkiyə Səhiyyə naziri verib. Səhiyyə Nazirliyi peyvəndin dayandırılmasının səbəbini izah etməyib.

Səbəbini heç kim bilmir

TTB baş katibi Bulut, səbəbinin tam bilinməməsinə baxmayaraq, ehtimal ki, bir problem olduğunu söylədi, “Bu peyvənd seriyasında böyük ehtimalla bir problem var, istifadələrini dayandırdılar. Bu peyvəndləri yenidən yoxladılar. Nəzarətin səbəbini, peyvəndlərin geri çəkiləcəyini və ya sonra yenidən istifadə ediləcəyini bilmirik", - dedi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)